Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar
# 07 mart 2012 06:29 (UTC +04:00)
Bakı – APA. Ermənistan Ordusunun bölmələri martın 6-da saat 11.00-dan 11.15-dək, 11.50-dən 12.05-dək. 14.00-dan 14.15-dək, 16.30-dan 16.55-dək və 22.10-dan 22.20-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.05-dən 15.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.20-dən 16.50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR