Zəfər Çağlayan: “Türkdilli ölkələr arasında əlaqələrin daha da genişlənməsi və sıxlaşması üçün tarixi şərait yaranıb”

Zəfər Çağlayan: “Türkdilli ölkələr arasında əlaqələrin daha da genişlənməsi və sıxlaşması üçün tarixi şərait yaranıb”
# 14 avqust 2012 14:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. «Bizim ən böyük gücümüz ortaq dilimiz, ortaq tariximiz və ortaq keçmişimizdir. Bu reallıq fonunda, türk cümhuriyyətləri ilə regional əməkdaşlığımızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə inkişaf etdirilməsinə xarici siyasətimizin prioriteti olaraq yer veririk». APA-nın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Bakıda keçirilən toplantısında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

Türkdilli ölkələrin potensialından istifadə etməklə əlaqələrin daha da genişləndirilməsinə və sıxlaşdırılmasına tarixi şəraitin yarandığını deyən Z. Çağlayan nazirlər toplantısının buna təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb: «Bizim ortaq hədəflərimiz var. Hədəfimiz ölkələrimizin qarşılıqlı olaraq potensiallarından və verdiyi imkanlardan tam olaraq yararlanmaq, müqayisəli üstünlüklərimizi bir-birimizin lehinə istifadə etmək, əlaqələrimizi mümkün olan ən üst səviyyəyə çıxarmaqdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR