Azərbaycan dövlət büdcəsinin icrasına uçotu ilin sonunadək tam avtomatlaşdıracaq

Azərbaycan dövlət büdcəsinin icrasına uçotu ilin sonunadək tam avtomatlaşdıracaq
# 06 noyabr 2012 12:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda dövlət büdcəsinin icrasının uçotunun tam şəkildə avtomatlaşdırılmış rejimdə aparılması ilin sonuna kimi təmin olunacaq. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən «Dövlət sektorunda uçot siyasəti» adlı beynəlxalq konfransda Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Abbas Salmanov bəyan edib.

A.Salmanovun sözlərinə görə, hazırda xəzinədarlığın avtomatlaşdırılmış sistemi büdcənin 85-90%-ni əhatə edir.

A.Salmanov öz çıxışında Agentliyin fəaliyyəti barədə məruzə ilə çıxış edib və qeyd edib ki, Dövlət Xəzinədarlığı Agentliyi dövlət başçısının «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» 9 fevral 2009-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycanda dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Həmçinin bildirilib ki, bu ilin oktyabrında Dövlət Xəzinədarlığı Agentliyində tətbiq edilən «Xəzinədarlığın İnformasiya İdarə edilməsi Sistemi» (XİİS) layihəsi Almaniyanın «SAP AG» şirkəti tərəfindən «SAP Quality Award 2012 for CIS» (Gold Winner) Qızıl Mükafatına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR