Azərbaycanda ilk dəfə “Univision” tələbə mahnı yarışması keçiriləcək - FOTO

Azərbaycanda ilk dəfə “Univision” tələbə mahnı yarışması keçiriləcək - <font color=red>FOTO</font>
# 01 may 2012 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında müsabiqənin media üzrə rəhbəri Səmayə Məmmədova deyib ki, yarışma Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçiriləcək. O, gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində tədbirlər görüldüyünü diqqətə çatdırıb.

ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, birinci “Univision” tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Final mərhələsi “Eurovizion” formatında keçiriləcək. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək.

Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. O qeyd edib ki, səsvermədə və yarışda yalnız tələbələr iştirak edə bilərlər: “Müsabiqənin səsverməsi sms-lə həyata keçirilməyəcək. Musiqi canlı, biletlər isə pulsuz olacaq. Müsabiqənin təşkili ilə yeni ənənəyə start verilir. Yarışma Heydər Əliyev Sarayında keçiriləcək”.

Mətbuat konfransında yarışmanı canlı yayımını həyata keçirəcək “MuzTV”nin rəhbəri Tamara Çayxorskaya və “Qızıl Qala” prodakşının rəhbəri Cavid İsmayılov isə yarışmanın texniki tərəfləri barədə danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR