Azərbaycanda hərbçilər qəzaya düşüb, xəsarət alanlar var

Azərbaycanda hərbçilər qəzaya düşüb, xəsarət alanlar var
# 18 sentyabr 2012 07:48 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə paytaxtın Şəfahət Mehdiyev küçəsində baş verib. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəzaya “Mercedes”in işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə hərbi maşında olan bir neçə hərbi qulluqçu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR