MDB ölkələrinin hökumət başçıları Aşqabadda bir sıra sənədlər imzalayıb

MDB ölkələrinin hökumət başçıları Aşqabadda bir sıra sənədlər imzalayıb
# 31 may 2012 10:01 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. MDB ölkələri Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bir sıra sənədlər təsdiqlənib.

APA-Economics”in xəbərinə görə, bu barədə bu barədə MDB İcraiyyə Komitəsinin iclasın yekunları ilə bağlı yaydığı açıqlamada bildirilir.

İclas iştirakçıları maliyyə xidmətləri bazarının liberallaşdırılması konsepsiyasını təsdiqləyib, MDB ölkələrinin inteqrasiya olunmuş valyuta bazarının təşkilində əməkdaşlıq haqqında saziş imzalayıb.

Bundan başqa, MDB ölkələrinin 2020-ci ilə qədər innovasiya əməkdaşlığı dövlətlərarası proqramının operatoru haqqında qərar, Sənaye siyasəti üzrə Şuranın yaradılmasını nəzərdə tutan “Sənaye sahəsində əməkdaşlıq haqqında” saziş, MDB ölkələrinin bitki karantini üzrə Koordinasiya Şurasının yaradılması haqqında saziş imzalanıb.

Hökumət başçıları hidrometeoroloji fəaliyyətin, Bədən tərbiyəsi və idmanın inkişaf strategiyalarını, 2012-2013-cü illər üçün beynəlxalq gənclər əməkdaşlığı strategiyasının tədbirlər planını təsdiqləyib.

Aşqabadda imzalanan sənədlər içində MDB ölkələrinin Silahlı Qüvvələrinin mühəndis təminatı sahəsində əməkdaşlıq sazişi də diqqəti cəlb edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR