TQDK Daxili İşlər Nazirliyinə müraciət edəcək

TQDK Daxili İşlər Nazirliyinə müraciət edəcək
# 27 aprel 2012 14:50 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, 2012/2013-cü tədris ili üçün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür (16 yaşı tamam olmuş şəxslər şəkilli, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsi). Bunu nəzərə alaraq buraxılış sinfini başa vuran Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər. Buna görə də TQDK Daxili İşlər Nazirliyinə şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün müraciət edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR