Suriyanın yeni müdafiə naziri terror aktında ölən dövlət rəsmilərinin adlarını açıqlayıb

Suriyanın yeni müdafiə naziri terror aktında ölən dövlət rəsmilərinin adlarını açıqlayıb
# 18 iyul 2012 16:32 (UTC +04:00)
APA-nın məlumatına görə, Suriya Dövlət Televiziyasına açıqlama verən el-Feic partlayış zamanı müdafiə naziri Davud Raciha və onun müavini Asif Şevketin öldüyünü təsdiqləyib. O, daxili işlər nazirinin partlayışda yaralanması, yaxud ölməsi ilə bağlı məlumatlara münasibət bildirməyib.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatlarda terror aktı zamanı daxili işlər nazirinin yaralandığı və xəstəxanada dünyasını dəyişdiyi bildirilirdi. Digər məlumatlara görə, terror aktı zamanı yaralananlar arasında Ali Təhlükəsizlik Şurasının sədri Hişam Bəxtiyar da var.

Terror aktına görə məsuliyyəti öz üzərinə müxalif Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb. Partlayışı prezident BƏşər Əsədin cangüdənlərindən birinin törətdiyi iddia olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR