İran prezidenti BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İran prezidenti BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb
# 15 oktyabr 2012 10:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda səfərdə olan BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi ilə bu ölkənin prezidenti Mahmud Əhmədinejad arasında görüş keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M.Əhmədinejad bildirib ki, Suriyadakı böhran iqtidar və müxalifət arasında görüş və uzlaşma yolu ilə təmin edilməlidir.

Suriyadakı böhranın həlli üçün milli uzlaşmanın təmin edilməsinin çox əhəmiyyətli və zəruri olduğunu deyən İran prezidenti vurğulayıb ki, rəsmi Tehran prezident seçkisi, azadlıq, xalqların ədalət və haqlarına hörmət kimi məsələləri xalqların özündən başqa heç kim tərəfindən təyin oluna bilməyəcəyinə inanır: “Suriyadakı böhranın həll yolu əvvəlcə sülh və sabitliyin təmin edilməsi ilə uzlaşma yoludur. Suriya xalqına heç kim öz fikir və düşüncələrini təlqin edə bilməz. Azad seçki və seçkinin nəticələrinə hörmət göstərilməsi lazımdır”.

Ə.İbrahimi isə öz növbəsində Suriyada sülh və sabitliyin təmin edilməsi üçün İranın yardımı və dəstəyinə ehtiyacları olduğunu söyləyib. Onun sözlərinə görə, həm dinc, həm də silahlı müxaliflər çox fərqli fikir və düşüncələrə malikdir: “Mövcud şərtlərdə məzhəb qarşıdurmaları, fikir ayrılıqları yalnız Suriyaya deyil, bölgəyə də yayılacaq səviyyədədir və bölgəyə kompensasiyası mümkün olmayan bir zərər verəcək vəziyyətdədir. Ona görə də tərəflərin uzlaşması qaçılmaz və Suriyada sülh və sabitliyin təmin edilməsi zəruridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR