Yaponiya, Cənubi Koreya və beynəlxalq sığorta şirkətləri İrana qarşı sanksiyaların ləğvini müzakirə ediblər

Yaponiya, Cənubi Koreya və beynəlxalq sığorta şirkətləri İrana qarşı sanksiyaların ləğvini müzakirə ediblər
# 16 mart 2012 10:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yaponiya, Cənubi Koreya və beynəlxalq sığorta şirkətləri birgə müzakirə apararaq Avropa Birliyinin İrana qarşı sanksiyalarının azaldılmasını və bir çoxunun ləğv edilməsini istəyiblər.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, 2012-ci il iyulun 1-dən etibarən Avropa Birliyi tərəfindən beynəlxalq sığorta şirkətlərinin İran neftini daşıyan gəmiləri sığorta etməsi qadağan olunacaq.

Müzakirədə çıxış edən Cənubi Koreya rəsmisi bildirib ki, əgər bu məsələ həll olunmasa, təkcə ölkəsi deyil, eyni zamanda Yaponiya və Çin də İran neftinin idxalı prosesində problemlərlə üzləşəcəklər.

Qeyd edək ki, İran neftinin yarıdan çoxu Çin, Cənubi Koreya və Yaponiyaya ixrac edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR