Bakıda yaşayış binasında yanğın olub, sakinlər evakuasiya edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər evakuasiya edilib
# 21 iyun 2012 06:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istindən məlumatına görə, 9-cu mərtəbədən 17-ci mərtəbəyədək şaxta boyunca 30 p.m elektrik kabelləri və 84 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 8 sakin, o cümlədən 2 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR