AMEA Əlyazmalar İnstitutu Səfəvilər sülaləsinin tarixinə aid yeni əsərin surətini əldə edib

AMEA Əlyazmalar İnstitutu Səfəvilər sülaləsinin tarixinə aid yeni əsərin surətini əldə edib
# 30 oktyabr 2012 09:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu Məşhədin Astani-Qüdsi-Rəzəvi kitabxanasında saxlanan Səfəvilər sülaləsinin tarixinə aid Azərbaycan dilində “Əqaidi-övliyayi-səb’ə” əsərinin surətini əldə edib. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən bildirilib.

Müəllifi Sultan Mahmud bin Sultan Bürhanəddin Gilani olan, gözəl nəstəliq xətti ilə köçürülən, 91 səhifədən ibarət, dilinin sadəliyi ilə diqqəti cəlb edən bu əsər Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin Ərdəbilinin, onun ustadlarının və davamçılarının həyat və fəaliyyətini əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR