Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb
# 25 iyul 2012 08:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 24-də keçirilən hərraclarda Azeri Light markalı neft 0,06 dollar ucuzlaşaraq 107,10 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsində neftin proqnoz qiyməti 100 dollardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR