Gürcüstan XİN xüsusi bəyanatla çıxış edib

Gürcüstan XİN xüsusi bəyanatla çıxış edib
# 29 sentyabr 2012 21:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan XİN xüsusi bəyanatla çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatın məzmunu 2012-ci il, sentyabrın 29-da işğal torpaqlarında olan hərbçilər tərəfindən gürcü polisinin saxlanmsı ilə əlaqədardır. Bəyanatda deyilir ki, Cənubi Osetiya regionundakı Perevi sərhəd kəndində Şida Kartlinin xüsusi tapşırıqlar üzrə bögə idarəsinin əməkdaşı Moqeli Toliaşvili Rusiyanın işğalçı hərbçiləri tərəfindən saxlanılıb.
Gürcüstan XİN Rusiya tərəfinə hadisə ilə bağlı öz dərin narahatlığını və bu təxribatın vəziyyəti kəskinləşdirəcəyini bildirib. Gürcüstan XİN Rusiya Federasiyasını Gürcüstanın hüquq-mühafizə əməkdaşının dərhal azad edilməsinə çağırıb.
Bununla bağlı Gürcüstan XİN beynəlxalq ictimaiyyətə, Gürcüstanda akkreditə olunan diplomatik korpuslara və Avropa Birliyinin monitorinq Missiyasına diqqəti işğal xətti yaxınlığında Rusiyanın təxribat və situasiyanı qızışdırmaq və vəziyyəti kəskinləşdirmək cəhdinə qarşı yönəltmək üçün müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR