Ümumdünya Enerji Agentliyi İranın neft ixracını artırdığını açıqlayıb

Ümumdünya Enerji Agentliyi İranın neft ixracını artırdığını açıqlayıb
# 13 sentyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Ümumdünya Enerji Agentliyi ABŞ və Avropa Birliyi tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiyalara baxmayaraq, dünyada bu ölkənin neftinə tələbatın artdığını açıqlayıb.

APA-nın “Press TV”yə istinadən məlumatına görə, agentliyin yaydığı hesabatda bildirilir ki, İranın neft ixracı bu ilin iyul ayında 930 min barel olduğu halda, avqust ayında bu həcm 1,1 milyon barelə çatıb.

Sənəddə qeyd olunur ki, İrandan Türkiyəyə gündəlik 150 min barel neft ixracı avqust ayında 200 min barel olub: “Bundan başqa, Malayziyanın İrandan neft idxalı 100 min bareldən 130 min barelə çatıb. Çin, Cənubi Koreya və Hindistanın da sentyabr ayında İrandan neft idxalı artıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR