«MilliKart» kommersiya bankları üçün yeni sistem təqdim edib

«MilliKart» kommersiya bankları üçün yeni sistem təqdim edib
# 21 iyun 2012 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi kommersiya banklarına innovativ «Bonus & Taksit» (installment) məhsulunun tətbiqi üçün yeni funksional imkanlar təqdim edib.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, «Bonus & Taksit» sistemi sayəsində banklar ölkədə indiyə qədər analoqu olmayan imkanları, o cümlədən ilk dəfə on-line rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi, normal bir kredit kartının bütün xüsusiyyətləri ilə yanaşı alış-verişdə taksit edə bilməsi, yəni faizsiz hissə-hissə ödəməyə imkan verməsi, xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi, həmçinin tək bank hesabı ilə həm kart hesabının, həm də bütün bank əməliyyatlarının idarə edilməsi imkanlarını əldə edəcək.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR