Vyanada İranla AEBA arasında müzakirələr başlayıb

Vyanada İranla AEBA  arasında müzakirələr başlayıb
# 14 may 2012 12:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avstriyanın paytaxtı Vyana şəhərində İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müzakirələr başlayıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, görüşün baş tutması İranın nüvə proqramı ilə bağlı AEBA ilə əməkdaşlıq etmək istəyinin göstəricisidir. İranın BMT-nin Vyana ofisi nəzdindəki daimi təmsilçiliyində keçirilən müzakirələrdə AEBA adından qurumun baş direktorunun müavini Herman Nakertsin qatılıb.

Qeyd edək ki, İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında keçirilən Vyana görüşünün planlaşdırıldığı kimi 2 gün davam edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR