Qəbələdə 300 könüllü donordan 120 litr qan götürülüb

Qəbələdə 300 könüllü donordan 120 litr qan götürülüb
# 15 iyun 2012 16:06 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.

APA-nın məlumatına görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının və onun Şəki regional bölməsinin əməkdaşları 300 könüllü donordan 120 litr qan götürüblər.

Toplanan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR