Azərbaycan prezidenti Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
06 noyabr 2012 15:54 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 6-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul edib.
“APA-Economics”in məlumatına görə, prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlayan H. Ture həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd edib.
Qonaq VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu deyib, Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğulayıb.
ÖZ növbəsində, dövlət başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini deyib. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən prezident bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə Azərbaycanda görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024