İraqın Azərbaycandakı səfirliyi İran Xalq Mücahidləri Təşkilatı üzvlərinin İraqdakı “Əşrəf” düşərgəsindən çıxarılması barədə məlumatlara aydınlıq gətirib

İraqın Azərbaycandakı səfirliyi İran Xalq Mücahidləri Təşkilatı üzvlərinin İraqdakı “Əşrəf” düşərgəsindən çıxarılması barədə məlumatlara aydınlıq gətirib
# 03 may 2012 10:17 (UTC +04:00)
Bakı – APA. İraqın Azərbaycandakı səfirliyi İran Xalq Mücahidləri Təşkilatı üzvlərinin İraqdakı “Əşrəf” düşərgəsindən çıxarılması haqqında bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda deyilir ki, bəzi KİV-də İraq hökumətinin heç bir əsas olmadan İran Xalq Mücahidləri Təşkilatının İraq ərazisində yerləşən “Əşrəf” düşərgəsindən boşaldılması haqda qərəzli və ajiotaj yaradacaq xəbərlər yayılıb: “Biz İraqın müstəqil, suveren bir dövlət olduğunu və onun bunları bildirməklə heç bir öhdəliyinin olmadığını qeyd edirik. Bununla bərabər, İraq hökumətinin müvafiq beynəlxalq təşkilatlara və KİV-lərə bu qərarı verərkən istinad etdiyi qanuni əsasları dəlil olaraq bildirmək haqqı var.

Beynəlxalq miqyasda terror təşkilatı kimi tanınan Xalq Mücahidləri Təşkilatının İraq ərazisində yerləşməsi üçün heç bir qanuni əsası olmayıb. Belə ki, təşkilat keçmiş sistem zamanında qonşu İrana qarşı düşmənçilik siyasətinin həyata keçirilməsində, sonralar isə 1991-ci ildə İraq xalqının haqq səsinin tapdanmasında vasitə rolunu oynayıb ki, bu cinayətlər də artıq təsdiqini tapıb. Bütün bunlardan sonra İraqda diktator rejiminin devrilməsi ilə qəbul olunan Konstitusiyanın maddələrinə əsasən, İraq hökuməti təşkilatın 2011-ci ilin sonunda düşərgədən çıxarılması haqda qərar qəbul edib. Bu qərarın arxasında duran qanuni arqumentlər kimi aşağıdakıları sadalamaq olar:

- İraq ərazilərində terrorçu qurumların yerləşdirilməsini qadağan edən İraq Konstitusiyasına uyğun (maddə 7) bu təşkilatın fəaliyyət qadağan olunub.

- Bu təşkilatın mövcudluğu İraqı qonşu dövlətlərin daxili işinə qarışmamağa çağıran Konstitusiyanın 8-ci maddəsinin pozulması sayılaraq, İraqın, həmçinin qonşu dövlətlərin daxili təhlükəsizliyinə hədə-qorxu olaraq, qonşu dövlətlərə İraqın daxili işlərinə qarışmaq üçün alət verir.

- Ölkəsinin heç bir bölgəsində təşkilatın ünsürləri olmadığından və İraq bölgələrində terror fəaliyyətinə görə bu təşkilatın azadlıq hərəkatı qismində tanınmamalı, ona qarşı beynəlxalq hüquq normaları tətbiq edilmir.

- İraqın 2009-cu ildə qüvvəyə minən qoşunların çıxarılması haqqında müqavilə ilə işğaldan azad olunması səbəbindən bu təşkilat və onun üzvlərinə “İşğal altında olan mülki əhalinin vəziyyətinə dair Cenevrə Konvensiyası”nın beynəlxalq hüquq normaları tətbiq edilmir.

- Böyük bir qismi Avropa ölkələri vətəndaşları olduğundan, İraq qanunları bu təşkilatın üzvlərinə sığınacaq vermir.

- Bu təşkilat keçmiş diktator rejiminin təhlükəsizlik və hərbi orqanlarının bir hissəsi olub, İraq xalqına qarşı aqressiv əməllərdə iştirak edib. Təşkilat üzvləri tərəfindən istər keçmiş rejim, istərsə də sonrakı dövrdə repressiyalara və insan oğurluğuna məruz qalmış çoxsaylı İraq vətəndaşlarının məhkəmə ərizələri var. Onların böyük bir qismi beynəlxalq (İnterpol) və İraq polisi tərəfindən axtarışdadır”.

Səfirliyin bəyanatında vurğulanır ki, İraq hökuməti bu qərarı qəbul edərkən mehriban qonşuluq siyasətinin əsas prioritetlərindən biri kimi tutub, buna görə də qərarı qəbul edərkən Avropa Birliyi, ABŞ və İranla yaxından əməkdaşlıq edib, düşərgənin sakinlərinin ölkələrinə qaytarılması üçün müzakirələr aparıb. İran İslam Respublikası ilə isə onların arasından könüllü qayıtmaq istəyənlərin İran tərəfindən əfv olunmaları şərti ilə qayıtması üçün əməkdaşlığı genişləndirib, İraq Respublikası hökuməti öz suverenliyi prinsipindən çıxış edərək düşərgəni boşaltmaq, onun sakinlərini İraqdakı başqa düşərgələrə köçürmək və xaricə köçmək istəyənlərin köçürülmə prosesinin yüngülləşdirilməsi məcburiyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR