Azərbaycanda maşın 10 yaşlı qızı vuraraq öldürüb

Azərbaycanda maşın 10 yaşlı qızı vuraraq öldürüb
# 06 iyul 2012 13:25 (UTC +04:00)
İsmayıllı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Natavan küçəsində qeydə alınıb. İsmayıllı sakini Rəsulov Mansur Mütəllim oğlu idarə etdiyi 19-BD-061 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə yolu keçən piyadanı - 2002-ci il təvəllüdlü Dadaşova Humay Rza qızını vurub. Qəzada ağır yaralanan H. Dadaşova əvvəlcə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və sonra müalicə olunmaq üçün Bakıya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon polis şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR