Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq 1,8% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq 1,8% yüksəlib
# 18 aprel 2012 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 13 116 bəndədək, S&P 500 1,6% - 1 391 bəndədək, Nasdaq 1,8% - 3 043 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatının artımı üzrə proqnozun 3,3%-dən 3,5%-dək artırması səbəb olub.

Avropa fond bazarlarında aprelin 17-də FTSE 100 indeksi 1,8% - 5 768 bəndədək, Almaniya DAX-ı 2,7% - 6 801 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 293 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 653,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3122 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR