AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair sənəd qəbul olunub

AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair sənəd qəbul olunub
# 24 aprel 2012 12:36 (UTC +04:00)
APA-nın məlumatına görə, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanovun da iştirak etdiyi iclasda Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib.

Müzakirələr barədə məlumat verən Milli Məclisin deputatı E. Süleymanov bildirib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrek yanvarın 31-dən fevralın 2-dək Azərbaycana faktaraşdırıcı missiya ilə səfər ediblər. Səfər zamanı çoxsaylı görüşlər keçirən həmməruzəçilər səfərin nəticələrinə dair məlumat qeydi adlı sənəd hazırlayaraq Monitorinq Komitəsinə təqdim ediblər.

E. Süleymanov qeyd edib ki, həmməruzəçilər tərəfindən belə sənədlərin hazırlanması və onların Komitədə müzakirə edilməsi qəbul edilmiş praktikadır. Həmməruzəçilərin faktaraşdırıcı səfərləri əsasında hazırlanan bu sənədlər aralıq məruzə xarakteri daşıyır və onlar sonda bu sənədlər əsasında yekun məruzə hazırlayırlar. Hazırlanmış məlumat sənədini hərtərəfli və Azərbaycan cəmiyyətindəki mövcud mövqeləri özündə əks etdirən sənəd kimi qiymətləndirən E. Süleymanovun sözlərinə görə, həmməruzəçilər sənəddə konkret məsələlərlə bağlı öz narahatlıqlarını bildirməklə bərabər, həmin sahələrdə indiyədək əldə edilmiş irəliləyişləri də göstərməyə çalışıblar. Həmçinin vəziyyəti yaxşılaşdırmaq üçün həyata keçiriləcək mümkün tədbirlər barədə hakimiyyət orqanları ilə müzakirə aparmağın zəruriliyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR