«Bank Nikoil» istehlak kreditləşməsini artırıb

«Bank Nikoil» istehlak kreditləşməsini artırıb
# 17 avqust 2012 12:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank Nikoil» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyulun 1-nə 196,224 mln. manat təşkil edib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 4,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,7% artaraq 166,262 mln. manat, o cümlədən 12 ayadək verilən kreditlər 74,059 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 92,203 mln. manat, istehlak kreditlərinin həcmi isə 19% artaraq 102,460 mln. manat olub.

Bu dövrdə bankın depozit portfeli 46% artaraq 122,176 mln. manat, o cümlədən müddətli depozitlər 55% artaraq 106,915 mln. manat, tələb olunanadək depozitlər 5% artaraq 15,261 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 71% artaraq 15,261 mln. manata çatıb.

Təhlil olunan dövrdə bankın məcmu kapitalı 5,2% artaraq 31,327 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,5 mln. manata təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 41% azalaraq 9,035 mln. manat, xərcləri isə 51% azalaraq 7,310 mln. manat təşkil edib. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 4 dəfə artaraq 1,023 mln. manat olub.

Xatırladaq ki, təsisçisi Rusiyanın «UralSib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın 15 filialı, 22 bankomatı, 233 POS-terminalı və 479 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR