Madriddə polislə şaxtaçılar arasında baş vermiş toqquşmada 76 nəfər yaralanıb

Madriddə polislə şaxtaçılar arasında baş vermiş toqquşmada 76 nəfər yaralanıb
# 11 iyul 2012 21:47 (UTC +04:00)
Bakı-APA. Madriddə polis və şaxtaçıların toqquşması zamanı 76 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 33-ü polisdir əməkdaşıdır.
Polis ilə toqquşma yürüş keçirən şaxtaçılar sənayeyə nazirliyinin binasına yaxınlaşanda baş verib. Onlar polisə daş və fişəng atdıqdan sonra polis rezin güllələrdən istifadə edib. 5 nəfər etiraz aksiyası iştirakçısı həbs edilib.
Aksiya təşkilatçıları bildiriblər ki, İspaniya sənaye nazirliyinin qarşısında 25 min şaxtaçı hökumət subsidiyalarının kəskin azaldılmasına etirazlarını bildirmək üçün yürüşdə iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR