Özbəkistanda “Facebook”un oxşarı yaradılıb

Özbəkistanda “Facebook”un oxşarı yaradılıb
# 12 iyul 2012 11:27 (UTC +04:00)
Bakı - APA-Economics. Özbəkistanda “Facebook”un oxşarı olan yeni sosial şəbəkə yaradılıb. “APA-Economics”in “Korrespondent.net”ə istinadən xəbərinə görə, “YouFace” adlanan yeni sayt təkcə adı ilə yox, zahiri görünüşü ilə də “Facebook”a bənzəyir.

Özbəkistan hökuməti əcnəbi saytların öz vətəndaşlarına xoşagəlməz təsirindən narahatdır. “YouFace” də məhz yerli KİV-də “Qərb kütləvi mədəniyyətinə və informasiya hücumlarına” qarşı kampaniyanın vüsət aldığı bir vaxtda yaradılıb.

Əhalisinin sayı 30 mln. nəfərə çatan Özbəkistanda internet istifadəçilərinin sayı 9 mln-a yüksəlib. Müşahidəçilərin fikrincə, “YouFace”in yaradılmasında məqsəd istifadəçiləri “Facebook”dan uzaqlaşdırmaq və hökumətin nəzarət edə bildiyi lokal şəbəkəyə cəlb etməkdir.

“YouFace”in hətta şüarı da “Facebook”la eynidir: “Pulsuzdur və həmişə də pulsuz olacaq”. Bu saytların əsas fərqi isə “YouFace”in görünən yerlərində İslam Kərimovun “Uşaqlarımız bizdən güclü, ağıllı, müdrik və təbii ki, xoşbəxt olmalıdırlar” sözünün yerləşdirilməsidir. “YouFace”in yaradıcıları plagiatlıqla bağlı ittihamları qəbul etməsələr də, dizaynı bir qədər dəyişməyə söz veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR