«NBC Bank»da təcili pulköçürmələrinin sayı 67% artıb

«NBC Bank»da təcili pulköçürmələrinin sayı 67% artıb
# 23 iyul 2012 11:07 (UTC +04:00)
Bakı – APA-Economics. Cari ilin ilk 6 ayı ərzində Azərbaycanın «NBC Bank» ASC-də təcili pulköçürmələrinin sayında 67% artım müşahidə olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2012-ci ilin yanvar ayında pul köçürmələrinin aylıq ümumi sayı 698 olubsa, iyun ayında onların sayı 1168-ə qədər artıb.

Altı ay ərzində 7 392 təcili pulköçürmə həyata keçirilib ki, bu da illik müqayisədə təxminən 50% artıqdır. Təcili pulköçürmələri üzrə 6 aylıq pul dövriyyəsi isə keçən ilin 6 ayına nisbətdə 44% artıb.

Ümumilikdə bank üzrə ən çox pulköçürmələri “Zolotaya Korona” sistemi ilə həyata keçirilib. Belə ki, yanvar ayından iyun ayınadək bu sistemlə təcili pulköçürmələrinin sayında 49% artım müşahidə olunub. “Kontakt” pul köçürmələri sistemi üzrə isə artım təxminən 100% qeydə alınıb.

Qeyd edək ki, “NBC Bank” ilin əvvəlində əsasən 2 pulköçürmə sistemindən istifadə edirdisə, hazırda onların sayı 8-ə çatıb. Bununla yanaşı, “NBC Bank” pul köçürmələrində köçürülən və ya alınan pulun məbləğinə müvafiq olaraq hər bir müştəriyə istənilən yerli mobil operatorun danışıq kartını hədiyyə edir.

Bankın sürətli pulköçürmələri xidmətindən istifadə etmək istəyənlər Bakı şəhərində 7, regionlarda isə 4 filiala müraciət edə bilər.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR