İsraildə fars dilində radio fəaliyyətə başlayıb

İsraildə fars dilində radio fəaliyyətə başlayıb
# 08 fevral 2012 02:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsraildə fars dilində radio fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, bu ölkədə yaşayan İran əsilli bir qrup şəxsin təsis etdiyi “RADİSİN” radiosu öz proqramları ilə İsraillə İran arasındakı gərginliyi azaltmağı qarşısına hədəf qoyub. Mərkəzi qərargahı İsrailin paytaxtı Təl-Əviv şəhərində yerləşən radio İran mahnıları, şeirləri, xəbərləri verməklə iki xalq arasında sülh və əmin-amanlıq yaratmağa çalışır. “RADİSİN”in rəhbəri Şay Əmir deyib ki, İran rəhbərliyi İsraili “kiçik şeytan” adlandırsa da, İsrail xalqı iranlıların düşməni deyil: “Radio da məhz bu həqiqəti iki ölkənin vətəndaşlarına çatdırmaq üçün fəaliyyət göstərir”.
Qeyd edək ki, internet, peyk və kabel televiziyası vasitəsilə 24 saat yayımlanan radionu hər gün təxminən yüz min nəfər dinləyir. İsraildə yaşayan İran əsilli yəhudilərin sayı 100 mindir, İranda isə təxminən 25 min yəhudi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR