Ərdoğan: “Bu gün imzalayacağımız TANAP layihəsi ilə Türkiyə və Azərbaycanın strateji önəmi daha da artmış olacaq”

Ərdoğan: “Bu gün imzalayacağımız TANAP layihəsi ilə Türkiyə və Azərbaycanın strateji önəmi daha da artmış olacaq”
# 26 iyun 2012 11:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxışında bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, sadəcə, “Şahdəniz 2” yatağından deyil, Azərbaycanın Xəzər dənizindəki digər qaz yataqlarından hasil olunan təbii qaz bu layihə çərçivəsində Avropaya çatdırılacaq: “7 milyard dollara başa gələcək bu layihə ilə Türkiyə və Azərbaycanın strateji önəmi daha da artmış olacaq. İndidən bu layihənin ölkəmizə, Azərbaycana və Avropaya xeyirli olmasını diləyirəm”.

Qeyd edək ki, Türkiyə ərazisindən keçəcək Trans-Anadolu qaz kəməri Türkiyə-Gürcüstan sərhədi ilə Türkiyə-Avropa sərhədini birləşdirəcək. Beləliklə, Azərbaycan qazı bu marşrutla Avropaya çatdırılacaq. Layihənin 80%-lik hissəsi Azərbaycana, 20%-lik hissəsi isə BOTAŞ-TPAO ortaqlığına aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR