Buenos-Ayresdə qatar qəzası ən azı 40 nəfərin ölümü ilə nəticələnib

Buenos-Ayresdə qatar qəzası ən azı 40 nəfərin ölümü ilə nəticələnib
# 22 fevral 2012 17:45 (UTC +04:00)
Bakı-APA. Argentinanın paytaxtı Buenos-Ayresdə elektrik qatarının Onse stansiyasında qəzaya uğraması nəticəsində ən azı 40 nəfər həlak olub. Bu barədə yerli mülki müdafiə xidmətinin nümayəndəsi Daniel Russo məlumat verib.

Qatarda minədək sərnişin olub. 550-dən çox yaralının xəstəxanalara yerləşdirildiyi bildirilir. Qatar saatda 26 kilometr sürətlə dalana dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR