“Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçiriləcək

“Kreativ nəsil: Gələcək  bu gün yaranır” mövzusunda milli müzakirə keçiriləcək
# 02 iyul 2012 08:27 (UTC +04:00)
Bakı – APA. Bakıda “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçiriləcək. APA-nın xəbərinə görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək müzakirə iyulun 5-nə təyin olunub.

Tədbirdə yaradıcı gənclik Azərbaycanda gələcəyin başlıca resursu kimi, gənc nəslin kreativ potensialının inkişafına nəsillərin baxışı və s. mövzular ətrafında tanınmış yaradıcı şəxslərin, eləcə də gənclərin məruzələri dinləniləcək, mövzular ətrafında geniş müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR