Xaçmazda II respublika dekorativ tətbiqi sənət sərgisi təşkil olunub

Xaçmazda II respublika dekorativ tətbiqi sənət sərgisi təşkil olunub
# 01 iyun 2012 13:57 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmazda II respublika dekorativ tətbiqi sənət sərgisi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi əl işlərinin nümayişinə Xaçmaz rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon sakinləri qatılıb. Əl işləri Mədəniyyət və Turizm Nazirliyinin münsiflər heyəti tərəfindən qiymətləndirilib. Sərgidə Xaçmazla yanaşı, şimal regionunun digər rayonların da nümayəndələri iştirak edib.
Sərgidə xalçaçılıq, toxuculuq və metal üzərində döymə ilə məşğul olan sənətkarların əl işləri çoxluq təşkil edib. Nümayiş olunan sənət əsərlərində hər rayonun milli ornamentləri əks olunub.

Sərgiyə baxış keçirildikdən sonra təşkilatçılar və münsiflər heyəti çıxış edib. Qeyd olunub ki, belə müsabiqələrin təşkil olunması istedadlı insanların özlərini təsdiq etməsi və stimullaşdırılması üçün vacibdir.

Sonda sərgidə əl işləri nümayiş etdirən bəzi sənətkarlar mükafatlandırılıb. Onlara Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR