Rafet El Roman 2013-cü ili Qəbələdə qarşılayacaq

Rafet El Roman 2013-cü ili Qəbələdə qarşılayacaq
# 03 oktyabr 2012 14:15 (UTC +04:00)
Konsertin təşkilatçısı Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, türkiyəli müğənni dekabrın 31-də, Yeni İl gecəsi Qəbələdə konsert proqramı ilə çıxış edəcək. Təşkilatçı bildirib ki, həmin gecə üçün eksklüziv olaraq xüsusi rəqs şousu təqdim ediləcək: “Bu, Rafet El Romanın Qəbələdə ilk konsertidir. Fikrimcə, bu konsert proqramı kifayət qədər yaddaqalan olacaq. Biletlərin qiyməti hələlik müəyyənləşməyib”.

Qeyd edək ki, Rafet El Romanın Qəbələdəki konsertinin informasiya dəstəyi APA-ya məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR