Əli Əkbər Vəlayəti: “İsrailin İrana hücum etmək üçün cəsarəti və gücü yoxdur”

Əli Əkbər Vəlayəti: “İsrailin İrana hücum etmək üçün cəsarəti və gücü yoxdur”
# 31 may 2012 04:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrail İrana hücum etməkdə acizdir”. APA-nın məlumatına görə, bunu Misirin media nümayəndələrini qəbul edən İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti deyib. O bildirib ki, İsrailin İrana hücum etmək üçün cəsarəti və gücü yoxdur: “ İsrail belə bir addım atsa, şübhəsiz ki, yox olacaq”. Ə.Ə.Vəlayəti əlavə edib ki, İran Misirdə yeni qurulan hökumətlə əlaqələr yaratmağa hazırdır: “Misirdə keçirilən seçkilər və nəticələri İranda diqqətlə izlənildi. Yeni prezidentin seçilməsi ilə iki ölkə arasında əlaqələr daha sürətlə inkişaf edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR