Bakıda “Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq” mövzusunda konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 31 oktyabr 2012 08:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda “Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.

APA-nın məlumatına görə, tədbirdə 120 iştirakçı, İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin əməkdaşları və təhsil müəssisələrinin 21 nümayəndəsi iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunmasıdır. Onun sözlərinə görə, iki ölkə arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra genişlənməyə başlayıb: “Həmin sazişdə universitetlərarası birbaşa əməkdaşlıq, professor və tədqiqatçıların mübadiləsi, iki ölkənin dil və ədəbiyyatının öyrənilməsi məqsədilə universitetlərdə, həmçinin digər ümumi təhsil məktəblərində kafedraların açılması, mühazirələrin təşkili, tədris metodları, vasitələri, materialları və proqramlarının mübadiləsi və digər məsələlər öz əksini tapıb”.

M.Mərdanov deyib ki, İtaliyanın Perucca Əcnəbilər Universiteti və Siena Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bakalavr və magistr pillələri üzrə tələbə mübadiləsinin həyata keçirilməsi üçün imzalanmış saziş çərçivəsində ADU-nun tələbələri İtaliya universitetlərinə göndərilir və həmin universitetlərdən ADU-ya mütəxəssislər dəvət edilir.

La Sapienza Universitetinin rektoru, professor Luigi Frati təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verib. O bildirib ki, ali təhsil ocağında 140 min tələbənin təlim-tərbiyəsi ilə 4148 pedaqoq məşğul olur. Onun sözlərinə görə, hər il universiteti 25 min tələbə bitirir. Qonaq Azərbaycan Tibb Universiteti ilə İtaliyanın La Sapienza, Genuya Universiteti, Milan Milli Onkologiya Universiteti, Aralıq Dənizi Hemotologiya İnstitutu arasında əməkdaşlıq haqqında sazişlər imzalandığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR