Gürcüstan XİN müavini: “Azərbaycan David Qareci məbədinin Udabno adlandırılan ərazisinə yalnız din adamları və sərhədçilərin buraxılacağını bildirib”

Gürcüstan XİN müavini: “Azərbaycan David Qareci məbədinin Udabno adlandırılan ərazisinə yalnız din adamları və sərhədçilərin buraxılacağını bildirib”
# 16 may 2012 11:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Xarici İşlər Nazirinin müavini Nino Kalandadze David Qareci məbədi haqda açıqlama verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kalandadze onun brifinqdə David Qareci məbədi haqqında açıqlamasının bir çox mətbuat səhifələrində təhrif edildiyini və bunun siyasi spekulyasiya olduğunu bildirib.

“Fakt belədir. Gürcüstan və Azərbaycan hökumətlərarası komissiyasının dövlət sərhədlərinin delimitasiyası prosesi hələ də davam edir. Hər iki komissiya arasında bu günədək sərhədlərin 66 faizi razılaşdırılıb.
Razılaşdırılmamış 2 faiz isə David Qareci məbədinin ərazisidir. Bu ərazi sovet dönəmindən başlayaraq inzibati bölgüdə Azərbaycanın nəzarəti altındadır. Məbədin digər hissəsi Gürcüstan ərazisidir”.

Kalandadzenin sözlərinə görə, təxminən on gün əvvəl Azərbaycan sərhədçiləri Gürcüstan tərəfə bildiriblər ki, məbədin Udabno adlandırılan ərazisinə yalnız din adamları və sərhədçilər buraxılacaq: "İndi bütün səylərimiz məbədə gəlib-gedənlərin sərbəst hərəkətini təmin etməkdir. Təbii ki, gürcü tərəfi danışıqlar zamanı, milli maraqlara əsaslanır”.

Nino Kalandadze təsdiq edir ki, David Qareci kompleksinin kimə məxsus olduğunu Gürcüstan-Azərbaycan münasibətlərində heç vaxt iddia məsələsi kimi qaldırılmayıb və bu gün də gündəmdə deyil: “Bu məbəd birtərəfli mənada Gürcüstanın tarixi abidəsidir.

Bu əraziyə arzu edənlərin gəlməsi məsələsinə gəldikdə, əminəm ki, məsələ dövlət sərhədlərinin delimitasiya prosesinin başa çatmasına qədər iki ölkə arasında ənənəvi mehriban qonşuluq və dostluq ruhunda həll olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR