Emin Ağalarov Yurmalada keçirilən “Yeni Dalğa” müsabiqəsində xüsusi qonaq qismində çıxış edəcək – FOTO

Emin Ağalarov Yurmalada keçirilən “Yeni Dalğa” müsabiqəsində xüsusi qonaq qismində çıxış edəcək – <font color=red>FOTO </font>
# 26 iyul 2012 10:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Hər il ənənəvi olaraq Yurmalada keçirilən “Yeni Dalğa” gənc ifaçıların müsabiqəsi çərçivəsində iyulun 29-da azərbaycanlı müğənni və bəstəkar Eminin çıxışı nəzərdə tutulub. Müğənninin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Emin konsertdə “Never Enough” adlı sevilən mahnısını ifa edəcək. Bu mahnının premyerası Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində keçirilib. İyulun 27-də isə Emin “MUZ TV”nin gecə diskotekasında çıxış edəcək.

Eminin ifasında “Eurovision”da təqdim olunan bu kompozisiya əsl musiqi-rəqs sensasiyası olub. Mahnıda Azərbaycan milli musiqi alətlərindən, təkrarolunmaz kostyumlardan və bu zamana kimi istifadə edilməyən işıq effektlərindən istifadə edilib.

Bu il “Yeni Dalğa” müsabiqəsində Tom Cons, Rik Estli və Nelli Furtado da çıxış edəcək. İlk dəfə olaraq müsabiqə çərçivəsində rok günü də keçiriləcək. Müsabiqədə “Eurovision-2012”nin ikincisi “Buranovskiye Babuşki” kollektivinin çıxışı da nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR