Azərbaycan Nəqliyyat Nazirliyində «Eurovision 2012» mahnı müsabiqəsinə hazırlıqla bağlı müşavirə keçirilib
05 aprel 2012 14:57 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə bu gün «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı Nəqliyyat Nazirliyində keçirilən müşavirədə məlumat verilib.
Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib. Nəqliyyat-yol kompleksinə daxil olan qurumlar üzrə görülmüş işlərin hesabatı dinlənilib, nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb. Avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, 22 yerdə xüsusi taksi dayanacağının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələlərindən danışılıb. Bundan başqa, sərnişin avtobuslarını və sərnişin daşıması ilə məşğul olan digər avtonəqliyyat vasitəsini idarə edən sürücülər üçün kursların təşkili, hazırlanması, taksi maşınlarına taksometrlərin və POS-terminalların quraşdırılması və s. kimi məsələlər də müzakirə mövzusu olub.
Müşavirənin sonunda nazir Ziya Məmmədov Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024