Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair növbəti müzakirələr sentyabrda keçiriləcək

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair növbəti müzakirələr sentyabrda keçiriləcək
# 24 iyul 2012 08:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakıda “Readmissiya və qayıdışa dəstək” mövzusunda keçirilən seminarda çıxışı zamanı Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib.

DMX rəsmisinin sözlərinə görə, artıq saziş layihəsi üzərində tərəflər arasında bir neçə görüş keçirilib və müzakirələr aparılıb. Hazırda danışıqlar davam etdirilir.

V. Qəhrəmanov danışıqların hansı mərhələdə olması və detalları barədə məlumat verməyib.

APA-nın DMX-dən əldə etdiyi məlumata görə, qeyd olunan saziş layihəsi üzrə növbəti müzakirələrin sentyabrda keçirilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR