İranda Texas Universitetinin məzunu ABŞ-la əməkdaşlıqda günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib

İranda Texas Universitetinin məzunu ABŞ-la əməkdaşlıqda günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib
# 15 may 2012 09:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Tehran İnqilab Məhkəməsi Texas Universitetinin məzunu Ümid Kökəbini 10 il müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, gənc alim ABŞ-la əməkdaşlıq edərək İran əleyhinə casusluq fəaliyyəti göstərməkdə ittiham olunub.

Qeyd edək ki, 15 aydır həbsdə olan Ümid Kökəbinin azadlığa buraxılması üçün Nobel sülh mükafatına layiq görülən dünyanın bir çox alimləri İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə məktub yazıb. Bundan əlavə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid öz hesabatında Ümid Kökəbinin həbsindən və vəziyyətindən narahatlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR