BVF ehtiyatlarını 430 mlrd. dollar artıracaq

BVF ehtiyatlarını 430 mlrd. dollar artıracaq
# 21 aprel 2012 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyatları 430 mlrd. dollar həcmində artırılacaq. «APA-Economics»in məlumatına görə, bununla bağlı qərar G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri səviyyəsində keçirilən görüşdə qəbul olunub.

Belə ki, Avrozona ölkələri 200 mlrd. dollar, Yaponiya 60 mlrd. dollar, BRHÇC (Braziliya-Rusiya-Hindistan-Çin-CAR) ölkələri 68 mlrd. dollar, İsveçrə 26 mlrd. dollar, Böyük Britaniya 15 mlrd. dollar ehtiyatlara əlavə edəcək.

Bununla yanaşı qeyd edilir ki, artırılan vəsaitlərin istifadəsi hər hansı region üçün deyil, BVF-nin bütün üzvləri üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR