ARDNF yaxın iki ildə 30 ton qızıl alacaq

ARDNF yaxın iki ildə 30 ton qızıl alacaq
# 23 iyul 2012 12:22 (UTC +04:00)
ARDNF-dan “APA-Economics”ə verilən məlumata görə, qızıl 2 il ərzində hər həftə artırılacaq.

Artıq bu il fevralın 1-dən etibarən qızılın alınmasına başlanıb, Həftədə 25 qızıl külçə və ya 10 min unsiya qızıl alınır. İyul ayının 1-nə qədər 6847 kq və ya 220 146 unsiya qızıl alınaraq investisiya portfelinə daxil edilib.

Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq “JP Morgan” bankının London anbarı seçilib. İlin sonunadək əlavə 240 min unsiya və ya 7,5 ton qızılın alınması nəzərdə tutulur. Eyni zamanda fondun bu günədək alınmış qızıl ehtiyatlarından əlavə gəlirlilik əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR