«Gəncəbank»ın kredit portfeli son bir ildə 37% artırıb

«Gəncəbank»ın kredit portfeli son bir ildə 37% artırıb
# 16 avqust 2012 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyulun 1-nə 51,148 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 37% artaraq 41,324 mln. manat, o cümlədən qısamüddətli kreditlər 11% artaraq 1,452 mln. manat, uzunmüddətli kreditlər 38,39% artaraq 39,871 mln. manat, istehlak kreditləri 12% artaraq 1,238 mln. manat, vaxtı keçmiş kreditlər isə 63% artaraq 5,054 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 5% azalaraq 5,107 mln. manat, o cümlədən müddətli depozitlər 0,54% artaraq 4,984 mln. manat, tələb olunanadək depozitlər 90% azalaraq 26,580 min manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 12,54% azalaraq 95,930 min manat təşkil edib.

Bununla yanaşı, bankın məcmu kapitalı 13% azalaraq 14,344 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın müştərilərinin sayı 22% artaraq 3 520-yə, o cümlədən fiziki şəxslərin sayı 22% artaraq 3 032-yə, hüquqi şəxslərin sayı isə 20% artaraq 488-ə çatıb. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 10% artaraq 669, orta aylıq əmək haqqı 15% azalaraq 324 manat, işçilərin sayı isə 2% azalaraq 68 nəfər olub.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı, 6 bankomatı və 16 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR