Yeni zooloji parkın layihə-smeta sənədləri hazırlanır

Yeni zooloji parkın layihə-smeta sənədləri hazırlanır
# 04 may 2012 12:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda inşası nəzərdə tutulan yeni zooloji parkın layihə-smeta sənədləri hazırlanır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev deyib. O bildirib ki, layihə-smeta sənədləri hazırlandıqdan sonra zooloji parkın tikintisinə başlanacaq: “Ceyranbatan qəsəbəsi yaxınlığında inşa ediləcək zooloji park çox unikal və fərqli olacaq”.

N. Quliyev onu da əlavə edib ki, hazırda Bakıda fəaliyyət göstərən zoopark həmin zooloji parkın nəzdində fəaliyyət göstərə bilər: “Amma hələ bu barədə qərar yoxdur. Ola bilər ki, həmin zoopark heyvanlarla birgə yeni zooloji parka köçürülsün və ümumi bir zooloji park olsun. Hələlik bu haqda qərar yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR