Kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan məktəblərində tədris prosesi fevralın 13-dək dayandırılıb

Kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan məktəblərində tədris prosesi fevralın 13-dək dayandırılıb
# 09 fevral 2012 07:28 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan elm və təhsil naziri Dmitri Şaşkin bildirib. O, məktəblərdə tədris prosesinin dayandırılması barədə əmr imzalayıb. Nazirin sözlərinə görə, havaların qarlı, şaxtalı keçməsi ölkədəki məktəblərin 70 faizində tədris prosesinin pozulmasına səbəb olub. D. Şaşkin nazirliyin infrastruktur agentliyinə havaların kəskin keçməsi nəticəsində məktəblərə dəyən ziyanın bir neçə gün ərzində aradan qaldırılması üçün göstəriş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR