Şabran rayonunda 40 yaşlı kişi Samur-Dəvəçi kanalına düşüb

Şabran rayonunda 40 yaşlı kişi Samur-Dəvəçi kanalına düşüb
# 29 fevral 2012 12:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Şabran rayon sakini su kanalına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də 1972-ci il təvəllüdlü Pənah Vaqif oğlu Ramazanov Şabran rayonu ərazisindəki Samur-Dəvəçi kanalına düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına başlanıb. Hazırda axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR