“Pepsi” 9 min əməkdaşını ixtisar edəcək

“Pepsi” 9 min əməkdaşını ixtisar edəcək
# 10 fevral 2012 12:50 (UTC +04:00)
Bakı - APA-Economics. “PepsiCo” şirkəti əməkdaşlarının 3%-ni, yəni 8,7 min nəfəri ixtisar etmək qərarına gəlib.

APA-Economics”in “Business Insider”ə istinadən xəbərinə görə, şirkət xammalın bahalaşması fonunda qənaət planını açıqlayıb.

Plana əsasən, “PepsiCo” 2014-cü ilə qədər xərclərini 1,5 mlrd. dollar ixtisar etmək, həmçinin reklam və marketinqə investisiyaları 500-600 mln. dollar artırmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR