«Şahdəniz» qaz yatağında hasilat bu gün bərpa olunacaq

«Şahdəniz» qaz yatağında hasilat bu gün bərpa olunacaq
# 07 fevral 2012 12:27 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, dünən, fevralın 6-da saat 16:00-dan yataqdakı platformanın elektrik enerjisi ilə təchizatı sistemində əvvəlcədən planlaşdırılmış profilaktik işlər aparılır. Həmin işlər zamanı platformanın avtomatik dayandırılması sistemi işə düşüb və nəticədə platformadakı bütün əməliyyatlar dayandırılıb.

Qeyd edək ki, platformanın avtomatik dayandırılması sistemi burada baş verən istənilən dəyişikliyə həssas reaksiya verir. Hazırda həm platformadakı əməliyyatların bərpa olunması, həm də elektrik təchizatı sistemindəki profilaktik işlər davam etdirilir: «Planlaşdırırıq ki, bu işlər başa çatan kimi platformada hasilat bərpa olunacaq. Bu işlərin isə bu gün axşam başa çatması planlaşdırılır».

Qeyd edək ki, platformanın gündəlik hasilat gücü 25 mln. kubmetr təbii qaz təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR