Suriya ordusunun 2 generalı və 1 polkovniki Türkiyəyə qaçıb

Suriya ordusunun 2 generalı və 1 polkovniki Türkiyəyə qaçıb
# 09 mart 2012 14:11 (UTC +04:00)
Bakı – APA. Suriya ordusunun 2 generalı və bir polkovniki xidmət etdikləri hərbi hissəni tərk edərək qonşu Türkiyəyə qaçıblar. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, qaçan hərbçilərin adları açıqlanmır. Hadisə Suriya ordusunun ölkənin şimalında Türkiyə ilə həmsərhəd İdlib əyalətində əməliyyata başlaması ilə eyni vaxta təsadüf edib. Zabitlər 234 qaçqınla birlikdə sərhədi keçiblər. Hazırda Türkiyəyə sığınan suriyalıların sayı 12 minə yaxındır. Onlar müvəqqəti çadır düşərgəsində yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR