Gələn ay keçiriləcək İstanbul Şoppinq Festivalda Azərbaycanın birincilik əldə edəcəyi gözlənilir - FOTO

Gələn ay keçiriləcək İstanbul Şoppinq Festivalda Azərbaycanın birincilik əldə edəcəyi gözlənilir - <font color=red>FOTO</font>
# 07 may 2012 12:06 (UTC +04:00)
Bakıda “İstanbul Shopping Festival-2012” ilə bağlı tədbir keçiriləcək

İstanbul. Məhbubə Qasımbəyli – APA. “Gələn ay keçiriləcək İstanbul Şoppinq Festivalda Azərbaycanın birincilik əldə edəcəyini gözləyirik”. APA-nın xəbərinə görə, bunu İstanbulda “İstanbul Shopping Festival -2012”nin təqdimatı məqsədilə xarici jurnalistlər üçün keçirilən tədbirdə festivalın İcra Komitəsinin həmsədri Hakan Kodal bildirib.

H. Kodal bu möhtəşəm festivalda Azərbaycan vətəndaşlarını gözlədiklərini deyib: “Biz Azərbaycandan olan dostlarımızı burada görmək istəyirik. Ötən il Azərbaycan festivalda alış-veriş edən ölkələr arasında ikinci yerdə olub. Bu dəfə isə Azərbaycanın birinci olacağını düşünürük”.

İcra Komitəsinin həmsədri deyib ki, ötən il festivalda alış-veriş üzrə birinci yeri İran, ikinci yeri Azərbaycan, üçüncü yeri Rusiya, dördüncü yeri Türkiyə tutub.

Şoppinq Festivalın baş direktoru Füsun Sönmez isə mayın 15-də Bakıda festivalla bağlı tədbir keçiriləcəyini açıqlayıb. Bu, festivalın Bakıda tanıdılması məqsədilə təşkil olunacaq bir tədbir olacaq. Onun sözlərinə görə, Bakıda bununla bağlı mətbuat konfransı keçiriləcək. Tədbirdə Azərbaycanın “Eurovision-2011” müsabiqəsində qaliblərindən biri Nigar Camalın da iştirakı gözlənilir.

Xatırladaq ki, İstanbul Şoppinq Festivalı ikinci dəfədir ki, təşkil olunur. Festival ilk dəfə ötən il keçirilib və 40 gün davam edib. Bu il isə alış-veriş festivalı 9-29 iyun tarixlərində gerçəkləşəcək. İstanbulun ən böyük alış-veriş mərkəzlərini, mağazalarını əhatə edəcək festivalda alıcılara dünyanın və Türkiyənin ən məşhur markaları 50 faiz endirimlə təqdim olunacaq.

Qeyd edək ki, “İstanbul Şoppinq Festival-2012“ın rəhbər şəxsləri ilə xarici jurnalistlərin görüşünü festivalın ana sponsoru olan Türk Hava Yolları şirkəti təşkil edib. Türkiyənin Turizm və mədəniyyət, İnkişaf nazirlikləri, İstanbul Valiliyi, Böyükşehir Bələdiyyəsinin dəstəyi ilə keçiriləcək festivalda İstanbulun Taksim, Nişantaşı, Şişli, Bakırköy, Fatih, Bahariye ve Bağdad Caddesi kimi nöqtələrində yerləşən tanınmış alış-veriş mərkəzləri və mağazaları bir çox məşhur markalara ev sahibliyi edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR